Alman hakimlər də Gülən tərəfdarları ilə bağlı fakt istəyir

Türkiyənin Fətullah Gülən tərəfdarlarının qaytarılması istəyinə Alman Hakimlər Birliyindən münasibət açıqlanıb.

Məlumata görə, Alman Hakimlər Birliyi Gülən tərəfdarlarının ekstradisiyası üçün sadəcə çağırışın yetərli olmadığını, qaytarılma tələbinin konkret dəlillərə əsaslanmalı olduğunu deyib.

Birliyin sədri Cens Qnisa Türkiyənin ekstradisiya tələbi ilə bağlı danışaraq bildirib ki, Alman məhkəməsi ekstradisiya tələblərini əhatəli şəkildə tədqiq edəcək. O, “Ekstradisiyanın həyata keçməsi üçün Almaniyada yaşayan Türkiyə vətəndaşlarının çevriliş cəhdinə qoşulduğu barədə konkret dayaq nöqtələrinə ehtiyac var”,- deyə açıqlama verib.