Ankarada Prezident Qvardiyasının 39 hərbi qulluqçusu saxlanılıb

Ankarada Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Prezident Qvardiyasının Türkiyədə hərbi çevrilişə cəhddə şübhəli bilinən 39 hərbi qulluqçusu saxlanılıb. Trend bu barədə Türkiyənin “Anadolu” agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.