Ermənistanda müxalifətin növbəti mitinqi başlayıb

Ermənistanın paytaxtı Yerevanın mərkəzindəki “Azadlıq” meydanında müxalifətin növbəti mitinqi başlayıb.

İnterfaks agentliyi xəbər verir ki, müxalifət nümayəndələri yenidən meydana toplaşıblar.

Mitinq iştirakçıları hakimiyyəti istefaya getməyi və polis alayının binasını ələ keçirmiş silahlı qruplaşma üzvləri ilə yaranmış gərginliyi dinc yolla nizamlamağa çağırırlar.

Bu arada polis alayı binasınıın ələ keçirilmiş ərazisinin yerləşdiyi küçənin işıqları söndürülüb. Sakinlər ara-sıra atəş səsləri eşitdiklərini bildirirlər.