Ermənistanda partiya sədrinin müavini həbs olundu

Ermənistanın müxalif “İrs” partiyasının sədr müavini Armen Martirosyan həbs olunub.

Erməni KİV-ləri xəbər verir ki, Martirosyan kütləvi etirazlara çağırışlara görə həbs olunub.

Məlumata əsasən bu gün siyasətçinin barəsində cinayət işi başlanıb. Hazırda Martirosyan müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Qeyd edək ki, A. Martirosyan iyulun 17-də İrəvanda polis binasını ələ keçirən bir qrup silahlı şəxsə dəstək olaraq təşkil edilən etiraz aksiyasının təşkilatçılarından biridir.