Hindistanda 30 nəfər ildırım vurması nəticəsində ölüb

Hindistanın Orissa ştatında 30 ildırım vurması nəticəsində ölüb, 36 nəfər xəsarət alıb.

RİA Novosti xəbər verir ki, hadisələr ştatın üç rayonunda qeydə alınıb.

Xatırladaq ki, iyunun sonunda Hindistanın bir neçə şimal ştatında bir gecədə 100-dək insan ildırım vurması nəticəsində ölmüşdü.