İbrahimoviç “Mançestr Yunayted”ə bir həftədə 90 milyon avro qazandırıb

İngilis klubu “Manchester United” Zlatan transferinin həyata keçirilməsinin ilk həftəsində forma  satışından 90 milyon avro qazanıb.

AzEuroNews sport.mail.ru-ya istinadən xəbər verir ki, İbrahimoviç formasının rəsmi satışı keçən həftə, Mançestr Yunaytedin 2016-2017-ci il üçün yeni mövsüm öz evində istifadə edəcəyi formaların təqdimatı zamanı başlayıb.

34 yaşlı isveçli futbolçu Mançestr Yunayted-ə pulsuz keçib. İbrahimoviçin əvvəlki komandası Fransanın “Paris Saint-Germain” idi.