İsveçrəli polis çimərlik geyimində cinayətkarı tutdu!

Hər kəs sosial şəbəkədə İsveçrəli polis, zabit Mikaela Kelner haqqında danışır.Bu xanım dostları ilə birgə dəniz kənarında istirahət edərkən bir cibgiri tutub.

AzEuroNews spletnik.ru-ya istinadən xəbər verir ki, Kelnerin sözlərinə görə, o dostları ilə istirahət edərkən onlara qəzet satan biri yaxınlaşdı və israrla qəzet almağı təklif edirdi. Lakin satıcı gedəndən sonra Mikaelanın dostlarından birinin mobil telefonu tapılmadı. Məsələni  anlayan Mikaela qəzet satan adamın arxasınca qaçdı və onu yerə yıxıb əllərini bağlayaraq tutdu.

Həmin anı isə insanlar mobil telefonlarına qeyd ediblər.İnstagramda yayılan fotoşəkili 15 min nəfər bəyənib. Bu isə Mikaelanı və bütün İsveçrə polislərini məhşur edib.

“Bizim vaxtımız yox idi və ona gorə mən çımərlik geymin də qaçmalı oldum.Fikirləşirəm ki əgər mən həmin vaxt lüt olsaydım yenədə cinayətkarın arxası ilə qaçardım.Bilirəm  kənardan baxanda biraz gülməli çıxıb, axı mən bikinidə idim.Mən özümdə polis işlədiyim 11 il ərzində, ilk dəfədir ki çimərlik geyimində cinayətkar tuturam”-deyə Kelner bildirib.

polis-azeuro-1 polis-qadin-azeuro-1

poliss-azeuro-1