İzmirdə yüksək hərbi vəzifəlilər həbs edildi

Türkiyə polisi İzmirdə Fətullah Gülən tərəfdarlarının aşkar edilməsi məqsədilə xüsusi əmliyyat keçirir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Haberturk” qzəeti xəbər verir.

Məlumata görə, əməliyyat nəticəsində artıq general-leytnant Həmzə Koçyigit, Baş Qərargahın sabiq başçısının köməkçisi general Yaşar Böyükanıt, polkovnik Gürsel Yüca və digər 20 nəfər şəxs həbs edilib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisə nəticəsində 237 nəfər həlak olub.