Rioda Olimpiya kəndində yanğın baş verib

Yanğın Avstraliya komandasının yerləşdiyi binalardan birində başlayıb.

AzEuroNews korrespondent.net-ə istinadən xəbər verir ki, ilk gündən bəri başqa qitədən gələn qonaqlar, Rio de Janeiro Olimpiya kəndindəki pis həyat şəraitindən şikayət edirlər. Avstraliyalılara görə, idmançıların otağındakı  borulardan su axır  və daşqın izləri var. Bundan əlavə, mərtəbələr arasında işıq daim yanmır, tualet isə həmişə bağlıdır.

İndi narahat yaşayış şəraitindən başqa həyat üçün təhlükəli hadisədə baş verib. Olimpiya kəndində binaların birində, məhz “şıltaq” Avstraliyalıların binasında  yanğın çıxıb.

Bildirilir ki, bütün idmançılar vaxtında təxliyə edilib və heç kim xəsarət almayıb.

Olimpiya Oyunları bir həftə sonra avqustun 5-i başlayacaq.