Sənaye robotu virtual reallığı hissolunan edib

Kvins Universitetinin tədqiqatçıları sənaye robotunu virtual reallıq obyektləri ilə fiziki kontaktın imitasiyası üçün istifadəyə uyğunlaşdırıblar.

İctnews saytı xəbər verir ki, aparat platforması qismində mütəxəssislər “Baxter” robotundan və “HTC Vive” virtual reallıq eynəyindən istifadə ediblər. Sistem kontrollerlərin virtual reallıqda yerdəyişməsini izləyir və lazımi obyektə yaxınlaşan zaman robot kontroller qarşısında kontakt yerini qoyur. İstifadəçi virtual reallıq obyekti ilə fiziki əlaqəni hiss etməyə başlayır.

İstifadəçi xüsusi virtual reallıq mühitində taxta yeşikləri bir neçə dəfə yerindən tərpədir. Bununla yanaşı, bəzi funksiyaları dəyişdirmək olar. Məsələn, istifadəçi virtual obyektlərin kütləsini dəyişdikdən sonra robot yeni sazlamalara uyğun daha ağır yeşiyi imitasiya etməyə başlayır.