Türkiyədə polis məntəqəsinə hücum edilib

PKK terrorçuları Türkiyənin Bitlis vilayətində jandarma məntəqəsinə hücum edib.

Anadolu agentliyi xəbər verir ki, asayiş keşikçiləri Bitlis-Diyarbakır yolunda yerləşən məntəqəni iriçaplı silahlardan atəşə tutub.

Terrorçularla yaranan atışma zamanı 1 polis əməkdaşı yaralanıb. Xəstəxanaya çatdırılan yaralının həyatına təhlükə olmadığı bildirilir.   Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır.