Velosipedçimiz Çində ikinci oldu

Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Tour of Qinghai Lake” yürüşü başa çatıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 13 mərhələdən ibarət mötəbər yarışın mükafatçıları arasında Azərbaycanın “Synergy Baku” kontinental komandasının təmsilçisi də yer alıb.

Yarışın 4-cü və 12-ci mərhələlərində 2-ci olan və son mərhələ öncəsi ümumi təsnifatda 2-ci yerdə qərarlaşan komandamızın üzvü Matey Müqerli 95 km-lik son mərhələdən sonra mövqeyini qorumağı bacarıb. Bununla da o, yarışın qalibi, Ukraynanın “Kolss” komandasının üzvü Sergey Laqkutiyə 37 saniyə uduzmaqla ümumi təsnifatda 2-ci olub və aktivinə 150 UCİ xalı yazıb.