Ahu Sungur, “O Hayat Benim”ə geri döndü!

Artıq 3 mövsümdür ki, Fox Tv-də yayımlanan O Hayat Benim serialının əsas qəhrəmanlarından olan Ahu Sungur, serialı çəkən şirkətin onu razı salmağa çalışmasından uzun müddətdən sonra, geri dönməyə qərar verib.

AzEuroNews gecce.com-a istinadən xəbər verir ki, yanğın səhnəsiylə seriala vəda etdiyini deyən Sungur, bu üzünmüddətli görüşmələrdən sonra seriala davam etmək qərarı verdi. Beləliklə aktrisanın pərəstişkarları da bu xəbərə çox sevindilər.

Serialın ən önəmli qəhrəmanlarından olan Hülyanın serialdan ayrılacağı xəbəri pərəstişkarlarını çox məyus etmişdi, ona bununla bağlı sosial mediadan çox sayda şərhlər yazılmışdı.

Sungur yeni mövsümdə seriala çəkilişini davam etdirəcək.
ahu-sunguq-azeuro-1