Azərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazanıb

Berlində gənclər arasında cüdo üzrə Avropa kubokunun ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

AzEuroNews xəbər verir ki, gənc cüdoçularımız millimizin aktivinə 4 medal yazdırıb.

İdmançılarımızdan Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq) isə bürünc medal qazanıblar.