Çində “Nida” qasırğası ilə əlaqədar xəbərdarlıq edilib

Çin Dövlət Meteorologiya Mərkəzi “Nida” qasırğasının yaxınlaşması ilə əlaqədar xəbərdarlıq edib.

Sinxua agentliyinin məlumatına görə, qasırğa bu gün səhər Filippinin paytaxtı Maniladan 380 km uzaqlıqda qeydə alınıb, Çinin Quandun əyalətinə günün ikinci yarısında çatacaq.

Hazırda qasırğanın sürəti saniyədə 28 metrdir. Çin meteoroloqların proqnozuna əsasən, qasırğanın sürəti Quandun əyalətinə çatanda saniyədə 38-45 metrə çatacaq. Çinin sahil rayonlarında güclü külək və leysan yağışlar gözlənilir.