Di Kaprionun keçmiş sevgilisi məhkəməyə verilib

Oskar mükafatlı Leonardo Di Kaprio keçmiş sevgilisi, amerikalı model Erin Heatherton qonşuları tərəfindən məhkəməyə verilib.

Məlumata görə, Erinin qonşuları 27 yaşlı modelin evində səs-küylü partilər keçirməsindən narahatdırlar.

Onlar həmçinin, modelin binanın xərcləri üçün 16 min dollar borclu olduğunu iddia ediblər.