Donald Tramp liftdə qaldı

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Kolorado ştatının Kolorado-Sprinqs şəhərindəki otellərdən birinin liftində qalıb. Məlumata görə, The Mining Exchange A Wyndham Grand Hotel & Spa otelinin liftində milyarderlə yanaşı, daha iki nəfər olub.

Şəhərin yanğınsöndürmə hissəsinin əməkdaşları ziyarətçilərin təxliyəsi üçün liftin tavanındakı pəncərəni açaraq pilləkən salladıqdan sonra orada qalanlar ikinci mərtəbəyə çıxıblar. Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumatda Trampın liftdə 30 dəqiqəyə yaxın qaldığı bildirilir. Nəticədə o, çıxışına gecikib.