Liviya sahillərində 120-dən çox miqrantın cəsədi tapılıb

İyul ayında Liviyanın qərb sahillərində Aralıq dənizi ilə Avropaya gedərkən gəmi qəzasına uğramış 120-dən çox miqrantın cəsədi tapılıb.

Reuters xəbər verir ki, sahildə yerləşən Sabrata şəhərinin meri hökumətin hər gün meyit aşkar etdiyini bildirib.

Onların əksəriyyəti Saxaranın cənubunda yerləşən Afrika ölkələrinin sakinləridirlər, lakin aralarında 23 tunisli miqrantın da cəsədi var.