Serenayın maaşı artırıldı

Məşhur türk aktrisa Serenay Sarıkayanın yeni çəkiləcəyi serialda alacağı maaş artırılıb.

Məlumata görə, 25 yaşlı aktrisa son oynadığı “Medcezir” serialında hər seriya üçün 30 min lirə (15 min manat – red) alırdı.

Rol alacağı yeni serialın adını hələlik kimi saxlayan Serenayın yeni serialdakı maaşı 50 min lirəyə (25 min manat – red) qaldırılıb.

Qeyd edək ki, gənc aktrisa sevgilisi Kərəm Bürsinlə çıxdığı tətildən 2 gün öncə qayıdaraq yeni mövsüm hazırlıqlarına başlayıb.