Tokio şəhərinin meri ilk dəfə olaraq qadın seçilib

Yaponiyanın paytaxtı Tokio şəhərinin meri vəzifəsinə ölkə tarixində ilk dəfə olaraq qadın seçilib.

RİA Novosti xəbər verir ki, Yaponiyanın sabiq müdafiə naziri Yuriko Koyike bu gün keçirilən seçkilərdə inamlı qələbə qazanıb.

2 milyon 912 min səs qazanan Y.Koyike sabiq nazir  rəqibləri Hiroya Masuda və tanınmış journalist Süntaro Toriqoyeni arxada qoyub.