Yerevanda silahlı dəstənin bütün üzvləri tutulub

Yerevanda polis post-patrul xidməti alayının ələ keçirilmiş ərazisinin azad edilməsi üzrə 30-31 iyul tarixlərində həyata keçirilən anti-terror əməliyyatları başa çatıb.

newsarmenia.am xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bu gün yaydığı bəyanatda bildirilir.

“Ermənistan hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı bölmələri sistemli və razılaşdırılmış hərəkətləri ilə silahlı qrup üzvlərini silahı yerə qoymağa və hökumətə təslim olmağa məcbur ediblər. 20 terrorçu həbs olunub. Post-patrul xidmətinin ərazisi tamamilə azad edilib”, – deyə MTX-nin bəyanatında bildirilir.