7 620 metrdən paraşütsüz tullanıb – VİDEO

Amerikalı idmançı Luke Aykins, 7 min 620 metr yüksəklikdən  paraşütsüz  hoppanaraq  bir ilkə imza atıb.

AzEuroNews ntvspor-a istinadən xəbər verir ki, televiziyada canlı yayımlanan və  2 dəqiqə davam edən tullanışın sonunda Aykins, Kaliforniya əyalətinin cənubundakı Simi Vadisində qurulan 900 metrlik təhlükəsizlik toruna  müvəffəqiyyətli eniş həyata keçirib.

Luke paraşütü olmadan 7 min 620 metrdən tullanan ilk insan olub.

Tullanış əsnasında saatda 193 kilometr sürətinə çatan 42 yaşındakı Aykins, enişdən sonra verdiyi açıqlamada : “Bacardım. Demək olar ki, havada dururdum. Bu möhtəşəm bir hissdir” -dedi.

Paraşüt ağırlığının tullanışı daha təhlükəli hala gətirəcəyini düşünən idmançı, səlahiyyətli şəxslərdən paraşüt məcburiyyətini qaldırmaqlarını istəyib və müsbət cavab alıb.

Amerikalı idmançı 26 ildə 18 tullanış edib.