Beynəlxalq Olimpiya Komitəsinin 129-cu sessiyası Rio-de-Janeyroda açılır

3 avqust Tokioda  keçiriləcək 2020 Yay Olimpiya Oyunlarının proqramına, beş yeni idman növünün daxil edilməsı haqqında qərar qəbul edilə bilər.

AzEuroNews sport.mail.ru-ya istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin 129-cu sessiyası bugün Rioda açıq elan ediləcək. Sessiyada 2020 Yay Oyunlarına daxil ediləcək yeni idman növləri barədə qərar qəbul edilə bilər , eləcə də icra heyətinə yeni üzvlər seçiləcək.

Yeni idman növlərinin karate,  qayaya dırmanma, skeytbord, sörf və beysbol olması gözlənilir.

Bu iclasda həmçinin 2024 Olimpiyadasına ev sahibliyi etmək istəyən ölkələrin təqdimatlarına da baxılacaq. 2024-ci  ilin Oyunlarının təşkilinə Roma, Paris, Budapeşt və Nyu-York  iddia edir.

Sessiya avqustun 1-4 arası Rio de Janeyroda keçirilir.