Gürcüstanın yeni müdafiə naziri təyin olunub

Gürcüstanın yeni müdafiə naziri vəzifəsinə Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini Levan İzoriya təyin edilib.

Bundan əlavə, Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri vəzifəsinə isə həmin qurumda nazir müavini işləyən Ketevan Tsixelaşvili təyin olunub.