Prezidentin əmək haqqı açıqlandı

Ukraynanın Nazirlər Kabineti prezident Pyotr Poroşenkonun vəzifə maaşını 28 min qrivna (1,1 min dollara yaxın) müəyyənləşdirib. Məlumata görə, belə vəzifə maaşı mayın 1-dən qüvvədədir.

Bundan əlavə, hökumət baş nazirin – 20 min qrivna (800 dollara yaxın), müavinlərinin 17-18 min qrivna (700 dollara yaxın), nazirlərin (16 min qrivna (650 dollara yaxın) müəyyənləşdirib.

İyul ayının əvvəlində Kiyevdə kommunal xidmət haqlarının kəskin artması ilə əlaqədar Avropdakı kimi əməkhaqqı tələbi ilə kütləvi mitinq keçirilib. Həmin aydaca “Müxalifət bloku” fraksiyasının liderei Yuri Boyko bəyan edib ki, ölkə əhalisinin üçdə biri kommunal xidmət haqlarını ödəyə bilmir.

Baş nazir Vladimir Qroysman aprel ayında Ali Radanın spkeri kimi  özünün sonuncu sərəncamı ilə deputatların əmək haqqını demək olar 3 dəfə artırıb. Beləliklə, deputatların maaşı 17650 qrivna (700 dollara yaxın) olub.

Ukrayna Statistika Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında orta aylıq əmək haqqı 4,7 min qrivna (190 dollar) təşkil edib.