Real Madridin lideri evlilik təklifi üçün ada icarəyə götürdü!

Yarımmüdafiəçi Qaret Beyl çalışıb ki, onun gələcək həyat yoldaşı bu günü  heç vaxt unutmasın.

AzEuroNews korrespondent.net-ə istinadən xəbər verir ki, Çempionlar Liqasını qazanan və Avropa Çempionatında yarı final oynayan futbolçu, ağır mövsümün sonunda məzuniyyətini Balear  adalarından birində , yaxın dostları və qohumları ilə keçirib.

Futbolçu, uzun müddətdir eşq yaşadığı və iki qızının anası olan Emma Riz-Consa evlilik təklif etmək üçün, Tago Mago adasını 450 min avroya  icarəyə alıb.

As-ın xəbərinə görə,Çempionlar Liqasındakı qələbədən əldə etdiyi 600€ bonus ilə, Beyl adanı bir həftəlik belə icarəyə götürə bilərdi.

TagoMago-azeuro-1