Samsungun unikal Virus Doctor texnologiyalı kondisionerləri virus və bakteriyaları məhv edir

Samsung şirkəti üçbucaq formalı korpusda yeni nəsil kondisionerləri dünya bazarına çıxarıb.

İnnovasiyalı dizayn nəinki bu texnikanın xarici görünüşünü cəlbedici edir, həm də hava axınının sürətini artırır.

Xüsusi üçbucaq şəkilli dizayn sayəsində kondisioner tərəfindən emal olunan hava axını 39%-dək artmışdır ki, bu da öz növbəsində daha sürətli və güclü soyutmaya nail olmağa imkan verir.

Soyuq hava axını 14 metrdən artıq məsafəni asanlıqla dəf edə bilir ki, bu da istənilən ölçülü otaqları sərinlədə bilir.

Kondisioner balaca uşaqlı ailələr, allergiyası olanlar və immuniteti zəif olanlar üçün də uyğundur. İnnovativ Virus Doctor texnologiyası bakteriya və virusları buxara çevirərək neytrallaşdırır, müdafiə filtri isə havadakı tozu, sağlamlığa zərərli allergenləri və digər çirkləri məhv edir.

Filtrin istifadəsi isə çox sadədir. O, bircə hərəkətlə çıxarılır və asanlıqla yuyulur. Beləliklə, ailənizin nəfəs aldığı hava hər zaman təmiz olur.

Bu yenilik smartfondan da idarə oluna bilir. Bunun üçün kondisionerin işini hətta ev xaricindən belə idarə etməyə imkan verən xüsusi tətbiqi endirmək lazımdır. Smartfon vasitəsilə onu evə gedərkən öncədən işə salırsınız və siz çatanadək hava artıq təravətli və sərin olur.