Türkiyə ərazisi Suriyadan top atəşinə tutulub

Türkiyə ərazisi Suriyadan top atəşinə tutulub.

Doğan xəbər verir ki, iyulun 31-dən avqustun 1-nə keçən gecə Suriyanın Lazkiyə rayonunun Kesep bölgəsində Bəşşar Əsədə bağlı qüvvələrlə Bayırbucak türkmənləri arasında şiddətli döyüş olub.

Məlumata görə, səhərədək davam edən qarşıdurma zamanı atılan top mərmilərindən 17-si Türkiyənin Hatay vilayətinin Yayladağı rayonunun Kızılçat məhəlləsi ərazisinə düşüb. Hadisə nəticəsində dağıntı və tələfat olmayıb.

Türkiyə Silahlı Qüvvələri qarşı tərəfə dərhal cavab veriblər.