​Donald Tramp baş məsləhətçisini vəzifəsindən uzaqlaşdırıb

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp özünün böyük məsləhətçisi Eda Brukoveri vəzifəsindən kənarlaşdırıb.

Bu barədə Reuters agentliyi seçki kampaniyasındakı mənbəyə istinadən xəbər yayıb.

Donald Trampın bu addımının səbəbləri açıqlanmır. Brukover bu vəzifərə iyunda təyinat almışdı. O, Trampla Respublikaçılar Partiyasının milli komitəsi arasında əlaqə yaradırdı.

ABŞ-da keçirilmiş rəy sorğusuna əsasən Demokratik Partiyaslndan prezidentliyə namizəd Hillari Klinton Donald Trampdan 9 faiz öndədir.