Cim Kosta ABŞ hökumətini ATƏT-in Minsk qrupu çərçivəsində göstərilən səylərə töhfə verməyə çağırıb

Bu ilin avqust ayında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbaldyanla ATƏT-in Minsk qrupunun həmsdər ölkələrinin XİN başçıları arasında görüş keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “News.am” portalına müsahibəsində amerikalı konqresmen Cim Kosta bildirib.

Konqresmen Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qeyd edərək, ABŞ hökumətini ATƏT-in Minsk qrupu çərçivəsində göstərilən səylərə töhfə verməyə çağırıb.