Bakıda TL yoxa çıxdı – Avro, dollar, rubl…

Əgər bu günlərdə pulunuzu türk lirəsinə (TL) çevirmək üçün banklara müraciət etsəniz, ölkədə ciddi şəkildə TL qıtlığının yaşandığının şahidi olacaqsınız.

Üstəlik, bu problem sadəcə valyutadəyişmə məntəqələrində deyil, banklarda da qarşınıza çıxacaq.

TL niyə Bakıya “küsüb”?

“Türkiyə lirəsi Azərbaycan bankları üçün o qədər də tələb olunan valyuta növü deyil”.

Bunu ATV.az-a açıqlamasında iqtisadçı Samir Əliyev bildirib.

Onun sözlərinə görə, bunu texniki məsələ kimi qiymətləndirirəm:

“Azərbaycan üçün əsas olan vayutalar dollar, avro və rubldur. Amma türk llirəsinə də ehtiyac var. Azərbaycandan Türkiyəyə gedənlər avro aparmağa meyillidir. Çünki istənilən vaxt avronu dəyişmək olur. Digər valyutalara tələbat az olduğu üçün banklar onların gətirilməsinə maraqlı deyil. Ola bilsin, əvvəlki dövrlə müqayisədə tələb bir qədər çox olub. Ona görə bu gün ajiotaj yaranıb.

Azərbaycanda düşünmürəm ki, ən azı avro, dollar, rubl qədər TL-yə tələbat olsun. Mən bunu təxminən hansısa bir maliyyə problemi, yaxud da ki, hər hansı bir çaxnaşma kimi dəyərləndirmirəm. Bunu sadəcə texniki məsələ kimi qiymətləndirirəm”.