Dodağında uçuğu olanlar – Tövsiyyə

Dodaqların xarici səthində və burun kənarında ortaya çıxan uçuqlar dəri problemidir. Uçuqlar qızarıq qabarcıqlar olaraq meydana gəlir və müxtəlif viruslardan yaranır.

Dodaq uçuğu çıxmazdan əvvəl ağız ətrafında və ya dodaqda batma, yanma kimi ağrılar meydana gəlir. Diğər ağrılar isə 24 saat içində özünü göstərməyə başlayır.

Uçuq virusu bədənda bir dəfə iltihab meydana gətirdikdən sonra, o bölgədəki sinir sisteminə yerləşir. Xüsusilə bədənin zəif olduğu anlarda çoxalır və yenidən meydana gəlir.

Uçuq virusu depressiya, stress, qorxlu yuxu görmə kimi vəziyyətlərdə, immunitet sistemi zəiflədiyində, qadınların aybaşı dövrlərində, yorğunluq olduqda, çox günəş şüalarına məruz qalındığında, bədəndə bir infeksiya meydana gəldiyində yaranır.

Anemiya xəstəlikləri olan şəxslərdə də bu dəri problemi olduqca tez özünü göstərir.

Uçuq virusu yoluxucudur. Bu səbəbdən uçuğu olan şəxslər fərdi əşyalarını (stəkan, çəngəl, yastıq, qaşıq, dəsmal) başqa kəslərlə paylaşmamalıdırlar. Öpüşməkdən və uçuq olan bölgəyə toxunmaqdan da uzaq durmalılardır. Uçuğu olan və makiyaj edən qadınlar çox diqqətli olmalıdırlar. Qətiyən uçuğa əl vurmaq olmaz.

Müalicə üçün mütləq dermatoloji mütəxəssisə müraciət etmək vacibdir.

ATV.az