Güclü qasırğa Çinin bir sıra şəhərlərini iflic edib

Sakit okean qasırğası “Nida” Honkonqu iflic edib.

TASS agentliyi xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən burada məktəblər, dövlət qurumları, banklar və ofislər bağlanıb.

Tropik leysan və şiddətli külək ötən gecə şəhərdə güclənərək saatda 158 km-ə çatır. Yerli rəsədxana on ballıq şkala üzrə 8-ci siqnal fırtına xəbərdarlığını elan edib.

“Çek Lap Kok” beynəlxalq hava limanında 156 aviareys ləğv edilib və daha 290 aviareys təxirə salınıb.

Şəhərin küçələrində ikimərtəbəli avtobus və tramvayların hərəkəti ləğv edilib.

“Sinxua” agentliyinin məlumatına görə, Çinin cənub vilayəti Quandunda bütün kommeriya reysləri təxirə salınıb, məktəblər bağlanılıb.

Şençjen şəhərində küləyin gücü saniyədə 42 metrə çatır.

Çinin hakimiyyət orqanları qasırğanın 1983-cü ilin təbbi fəlakətindən də ağır olacağı barədə xəbərdar ediblər.