Məşhur cütlükdən yeni addım

21 yaşlı model Gigi Hadid sevgilisi Zeyn Malikin Los-Ancelesdəki evinə köçüb. Birlikdə yaşamağa qərar verən cütlük 10 gündən artıq bir birini görmədən qala bilmədiklərini dedilər.

AzEuroNews mirror.co.uk-ya istinadən xəbər verir ki, Zeyn Gigiyə evində istədiyi kimi təmir etməyə icazə verib.

Qeyd edək ki, bu yaxınlarda küsüb barışan cütlük Giginin Nyu-Yorkdakı evində də birlikdə vaxt keçirirlər.Cütlük tez-tez küssə də bir birlərinə olan sevgiləri onları yenidən bir araya gətirir.

Hazırda onlar ev üçün yeni mebel, divar rəsmləri və digər əşyalar seçirlər.