“Qarabağ”dan Çempionlar Liqasına erkən vida

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, günün ilk oyunu Bakıda olub.

Son illər Azərbaycanın dəyişməz çempionu “Qarabağ” “Viktoriya”nı sınağa çəkib. Oyun 1:1 hesabı ilə başa çatıb. Bununla da “Viktoriya” səfərdə vurduğu qol sayəsində “play-off”a yüksəlib.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb.

2 avqust, Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunu

20:30. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya) – 1:1
Qollar: Muarem Muarem, 28 (1:0), Krmençik, 85 (1:1)
Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:0