Türkiyə Gülənin həbsi üçün ABŞ-a məxfi qovluq göndərib

Türkiyənin Ədliyyə Nazirliyi, ölkədəki çevriliş cəhdinin Fətullah Gülənin təşkilatçılığı ilə olduğunu sübut edən və ətraflı məlumatların da  içində olduğu bir qovluğu ABŞ-a göndərib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, ABŞ –dakı səlahiyətlilərdən bu qovluqdakı məlumatlar çərçivəsində Gülənin təhvil işlərinə qədər həbs olunması istənilib.

Məsələ ilə bağlı Amerika tərəfinin qısa müddətdə Türkiyəyə cavab verəcəyi gözlənilir.