Safura İvana Sertlə bir arada

“Eurovision” təmsilçilərimizdən olan Safura Əliyeva yeni fotosunu paylaşıb.

Məlumata görə, o, tanınmış modelyer İvana Sərtlə bir araya gəlib.

Safura Əliyeva şəkilə “Gözəl İvana Sərtlə” şərhini yazıb.

Qeyd edək ki, Safura Əliyeva energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Cütlüyün bir oğlan övladı var.