Ermənistan prezidenti avqustun 10-da Rusiyaya səfərə gedəcək

Ermənistan prezidenti Serj Sarqsyan avqustun 10-da Moskvaya işgüzar səfərə gedəcək.

“Report” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

“Səfər zamanı bir sıra aktual beynəlxalq və regional problemlər üzrə fikir mübadiləsi aparılacaq”, – deyə Kremlin mətbuat xidmətindən bildiriliblər.

Xatırladaq ki, avqustun 8-də V.Putin Bakıya səfərə gələcək.