İlham Əliyev Gürcüstanın DTX rəisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurini qəbul edib.

AzEuroNews-un məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.