Maribor klubunun iki futbolçusu Sloveniyada yol qəzasında həyatını itirib

Mariborun gənclər komandasının oyunçuları məşqdən qayıdan zaman qəza keçiriblər. Futbolçuların içərisində olduğu avtomobil yolun  kəsişməsində  işıqfora dəyib. Nəticədə, iki nəfər ölüb – sürücü qoltuğunda olan Sloveniyalı müdafiəçi  Damian Maryanoviç və arxada oturan Serbiyalı hücumçu Zoran Balyak.

AzEuroNews RİA Novosti-yə istinadən xəbər verir ki, ölən hər iki şəxs 20 yaşında idi. Hadisə zamanı avtomobildəki digər iki nəfər də xəsarət alıb. Arxada oturan 19 yaşındakı  Serb qapıçı Lyubomir Moravats, ağır yaralanıb. O,əməliyyata alınıb, vəziyyəti ağırdır. Onun yaşıdı, ön oturacaqdakı Slovak müdafiəçi Jiqa Lipuşçek isə kiçik xəsarətlər alıb.