Röya və Abbasın gözlənilən DUETİ

Əməkdar artistlər Abbas Bağırov və Röya Ayxan nəhayət  gözlənilən duetlərini dinləyicilərinin ixtiyarına veriblər. SİA-nın verdiyi xəbərə görə, sənətçilər “Sevgilim ol” mahnısını birgə səsləndiriblər. Bəstənin müəllifi Sevda Məmmədlidir. Mahnının aranjimanını Samir Şirinov edib.
Qeyd edək ki, Abbasla Röya bundan əvvəl “Ayrılıq” mahnısını duet oxumuşdular.