Son illərin ən qəribə transfer cəhdi

Futbolçu verib basketbolçu alacaqlar.

AzEuroNews cnnturk-ə istinadən xəbər verir ki, Barselona macar basketbolçu Adam Hanganı, öz heyətinə qatmağın qarşılığında, braziliyalı sağ cinah oyunçusu Douglası həmin kluba icarəyə verməyə hazırdır.

NBA hüquqları San Antonio Spursta olan Hanga, La Ligaya bu il yüksələn Alaves klubuna başçılıq edən Jose Antonio Querejatanın, bir digər sahibi olduğu Baskonia komandasında oynayır.

Barselona futbol komandasının məşqçisi isə Douglası göndərməyə razıdır.

Qeyd edək ki,bu təşəbbüs transfer tarixində çox nadir görünə biləcək hadisədir. Transfer mövsümündə bir çox hallarda, fərqli komandalar oyunçuları dəyişdirir və ya icarəyə verir, lakin bir baskebolçu verib yerinə isə futbolçu almaq, çox rast gəlinməyən transferdi.