Əfqanıstanda xarici turistləri daşıyan avtobuslara hücum edilib

Əfqanıstanın qərbindəki Herat vilayətində xarici turistləri daşıyan avtobuslara silahlı hücum edilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 10 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Yerli hakimiyyət orqanlarının nümayəndəsi Fərhad Kadiminin sözlərinə görə, xarici turistləri daşıyan iki mikroavtobus Çişti Şarif rayonunda şosedə silahlı şəxslərin hücumuna məruz qalıb. Turistlər Bamiyan vilayətindən Herat vilayətinə gəlirmiş.

Ölənlərin vətəndaşlığı barədə hələlik məlumat verilmir.

Yerli polis araşdırmalara başlayıb.