​AZAL-ın təyyarəsi yeni rekord vurub

Rio-de-Janeyro hava limanının tarixində çatdıran “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarəsi yeni rekorda imza atıb.

AZAL-dan “Report”a bildirilib ki, “Rio-2016” Olimpiya oyunlarına Azərbaycanın idmançılarını çatdıran “Azərbaycan Hava Yolları”na məxsus “Airbus A340-500” sərnişin layneri Rio-de-Janeyronun “Qalean” Beynəlxalq hava limanının tarixində ən uzun uçuş kimi yeni rekord vurub.

Artıq bu barədə məlumat “Qalean” hava limanının Facebook sosial şəbəkəsinin rəsmi səhifəsində yer alıb.