Donald Tramp Hilari Klintonu “İŞİD-in təsisçisi” adlandırıb

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp demokratlardan olan rəqibi, sabiq dövlət katibi Hilari Klintonu ittiham edərək bildirib ki, onun siyasəti İŞİD terror təşkilatının yaranmasına səbəb olub.

Məlumata görə, milyarder bunu çərşənbə günü Florida ştatının Deyton-Biç şəhərində tərəfdarları qarşısında çıxışı zamanı söyləyib.

Tramp hesab edir ki, ABŞ prezidenti Barak Obama son dərəcə təəssüflənməlidir ki, Klintonu öz administrasiyasında dövlət katibi vəzifəsinə məhz o təyin edib. Keçmiş brinci xanım bu postu 2009-2013-cü illərdə tutub.

“O (Klinton) İŞİD-in təsisçisidir”, – deyə Tramp iddia edib və bildirib ki, Dövlət Departamentinin sabiq rəhbərinin siyasəti sözügedən qruplaşmanın yaranmasına və nüfuzunun artmasına gətirib çıxarıb.

“Bu, Hillari Klinton olub, məhz o, İŞİD-in təsisçisi kimi qruplaşmadan mükafat almalıdır”, – deyə milyarder bildirib.