ABŞ mətbuatı:“Vaşinqton Güləni Türkiyəyə ekstradisiya etməyəcək”

ABŞ-da çap edilən “Wall Street Journal” özəl mənbələrinə istinadən xəbər verir ki, Vaşinqton Fətullah Güləni Türkiyəyə ekstradisiya etməyəcək. Buna səbəb Gülənin hərbi çevrilişdə təqsirkar olması ilə bağlı təqdim edilən sübutların inandırıcı olmaması ilə bağlı idi.

“Vaşinqton və Ankara Fətullah Gülənin ekstradisiya məsələsini müzakirə ediblər. Lakin Türkiyə öz müttəfiqini təqdim etdiyi sübutlara inandıra bilməyib. Ümumiyyətlə, Gülənin ekstradisiya olunacağı ssenarini təsəvvür etmək mümkün deyil”.

“Wall Street Journal”-ın məlumatına görə, ABŞ Fətullah Gülənin ədalətli şəkildə mühakimə olunacağına inanmır. Bununla belə, danışıqların daha bir neçə ay davam edəcəyi gözlənilir.