Gülənin bu təhsil müəssisələri də bağlanır…

Türkiyə və Qazaxıstan Fətullah Gülənin Qazaxıstandakı təhsil müəssisələrinin bağlanması məsələsini müzakirə ediblər.

“TRT Haber” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Ərdoğanın sözlərinə görə, hazırda Qazaxıstanda Gülənin 33 təhsil müəssisəsi fəaliyyət göstərir.

Prezidentin sözlərinə görə, hər iki ölkənin Təhsil Nazirliyi bu məsələnin həlli istiqamətində mühüm addımlar atacaq.

İstanbul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.