İran Prezidenti avqustun 7-də Bakıya gəlir

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Perezdenti Vladimir Putinlə danışıqlarda iştirak etmək üçün avqustun 7-də Bakıya rəsmi səfərə gələcək. Trend bu barədə “IRNA” agentliyinə istibnadən məlumat verir.

Görüş zamanı ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat və terrorzimlə mübarizə sahələrində üçtərəfli əməkdaşlığın məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Bakıya səfəri çərçivəsində İran Prezidentinin Azərbaycan və Rusiya prezidentləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.