Qazaxıstan prezidenti Türkiyəyə rəsmi səfərə gedib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə rəsmi səfərə gedib.

AzeuroNews Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Esenboğa Beynəlxalq Hava Limanında N.Nazarbayevi Türkiyənin yüksək vəzifəli dövlət rəsmiləri qarşılayıb.

Qazaxıstan dövlət başçısı hava limanından Türkiyə prezidentinin rəsmi iqamətgahına yollanıb.

Səfər zamanı N.Nazarbayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də regional məsələlər müzakirə ediləcək.