Referendumla bağlı xüsusi broşüralar çap ediləcək

Mərkəzi Seçki Komissiyası tərəfindən referendum aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu xüsusi broşüraların hazırlanıb ölkə üzrə bütün seçicilərə çatdırılması nəzərdə tutulub.

Məlumata görə, bu barədə MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu, seçicilərin referendum aktı barədə aydın məlumat əldə etmələrinə imkan yaradacaq.

İclasda həmçinin seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması, sayı, səsvermə bülletenlərinin mətni, forması, sayı, hazırlanması qaydaları, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanmasında dair məsələlərə baxılaraq müvafiq qərarlar verilib.